Gündəm / Siyasət / Dünya
ABŞ taxıl müqaviləsinin uzadılmasını istəyir

ABŞ administrasiyası taxıl müqaviləsinin uzadılacağına ümid edir
Globalpress.az xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Onun sözlərinə görə, bu baxımdan Amerika tərəfi BMT və Türkiyəyə dəstək vermək niyyətindədir.
“Biz bu təşəbbüsün genişləndirilməsi imkanları baxımından BMT-yə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ehtiyac olduğu təqdirdə dəstəyimizi davam etdirəcəyik, çünki bu, həqiqətən də regiondan çox uzaqlardakı insanlar üçün vacibdir”.