Gündəm / Siyasət / Dünya
İspaniya Ukraynaya 10 “Leopard 2” tankı göndərəcək

Globalpress.az xəbər verir ki, bunu Kiyevdə səfərdə olan İspaniya Baş naziri Pedro Sançez Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
O, qeyd edib ki, ölkəsi Ukraynaya əvvəlcə 6 ədəd “Leopard 2” tankı göndərəcək, qarşıdakı həftələrdə və aylarda isə əlavə 4 tankın göndərilməsi planlaşdırılır.
Baş nazir əlavə edib ki, İspaniya 2023-cü ilin ikinci yarısında Avropa Şurasına Prezidentliyi zamanı Ukraynanın Avropa İttifaqına qoşulmaq səylərini dəstəkləyəcək.
Pedro Sançez İspaniyanın Ukrayna ərazilərinin Rusiya tərəfindən saxta ilhaqını tanımayacağını və bunun beynəlxalq hüququn açıq surətdə pozulması olduğunu vurğulayıb.
Vladimir Zelenski isə bəyan edib ki, hazırda İspaniyada Ukrayna hərbi kontingenti var və onlar sözügedən döyüş tanklarının idarə edilməsini öyrənirlər.
Daha çox xəbər:

İspaniya Ukraynaya 10 “Leopard 2” tankı göndərəcək

Baydenlə Zelenski Ukrayna-Rusiya arasındakı vəziyyəti müzakirə etdi

Zelenski Ərdoğanla Azərbaycan qazının Ukraynaya tədarükünü müzakirə edib

Zelenski: “Ukrayna və Aİ Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyir”

Şarl Mişel: "Ukraynanın Aİ-yə üzvlük ərizəsinə tezliklə baxılacaq"