Gündəm / Siyasət / Dünya
Polşa Kremlin işlərinə qarışır

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Polşanın ölkəsinə düşmən dövlət olduğunu bildirib.
Globalpress.az xəbər verir ki, o, bu haqda Polşa müdafiə nazirinin keçmiş müavini Valdemar Skrıpçakın ölkəsinin Belarus ərazisində üsyan baş verməli olduğu üçün hərbi əməliyyatlarda mümkün iştiraka hazırlaşdığı barədə bəyanatını şərh edən zaman danışıb.
Onun sözlərinə görə, “Polşa rəhbərliyi indi sözün əsl mənasında isterikaya və rusofobiyaya girir”.
“Biz görürük ki, bu düşmən dövlət faktiki olaraq qonşu dövlətin daxili işlərinə birbaşa, o cümlədən güc yolu ilə müdaxilə etmək niyyətindən açıq şəkildə danışır”, – Peskov əlavə edib.