Gündəm / Siyasət / Dünya
21:03, 24 May 2023
0

NATO Baş katibinin xüsusi nümayəndəsi Gürcüstanda ölkə prezidenti və müdafiə naziri ilə görüş keçirib

NATO Baş katibinin xüsusi nümayəndəsi Gürcüstanda ölkə prezidenti və müdafiə naziri ilə görüş keçirib


Tbilisidə səfərdə olan NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ölkə Prezidenti Salome Zurabişvili və müdafiə naziri Cuanşer Burçuladze ilə görüş keçirib.

Globalpress.az- ın əldə etdiyi məlumata görə, Prezident Salome Zurabişvili X.Kolominanı Orbeliani sarayında qəbul edib. Tərəflər NATO-Gürcüstan münasibətlərini, həmçinin regiondakı mövcud geosiyasi vəziyyəti müzakirə ediblər.

Görüşdə həmçinin Avropa İttifaqının 12 bənddən ibarət tövsiyyələr paketinin icrasının gedişi barədə son vəziyyət müzakirə olunub.

Müdafiə naziri Cuanşer Burçuladze ilə baş tutan görüşdə isə tərəflər Ukrayna müharibəsi fonunda regiondakı təhlükəsizlik mühiti və çağırışları, Gürcüstanın müdafiə qabiliyyətinin artırılması, dayanıqlılıq, kibertəhlükəsizlik, NATO ilə uyğunluq, alyansla siyasi və praktiki əməkdaşlığın dərinləşdirilməsi kimmi məsələləri müzakirə ediblər.

Rəsmilər, həmçinin NATO-nun Vilnüs sammitində Gürcüstanın alyansa qəbul prosesinə və praktiki əməkdaşlığın miqyasının genişləndirilməsinə dəstəyin bir daha təsdiqləyəcəyinə ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, Xavyer Kolomina Gürcüstanın müxalifət partiyalarının nümayəndələri ilə də görüş keçirib. Onun, eyni zamanda Böyük Britaniya, Litva, İsveç və Türkiyənin Tbilisidəki diplomatik nümayəndəliklərinin üzvləri ilə NATO-nun rabitə ofisində görüşünün planlaşdırıldığı bildirilib.
Digər xəbərlər: