Gündəm / Siyasət / Dünya
NATO Gürcüstanın bu addımını alqışladı

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstandakı "Xarici agentlər haqqında" qanun layihəsinin geri götürülməsini alqışlayıb.
Globalpress.az- ın məlumatına görə, Kolomina bu barədə Tvitterdə yazıb.
“NATO bu qədər narahatlıq və etiraza səbəb olan qanun layihəsinin qeyd-şərtsiz geri götürülməsini alqışlayır”, - deyə o bildirib.
O əlavə edib ki, NATO bu ölkədəki bütün maraqlı siyasi qüvvələri islahatlar və Avro-Atlantik inteqrasiya gündəliyinə qayıtmağa çağırır.
Qeyd edək ki, kütləvi etirazlar fonunda hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası xarici agentlərlə bağlı qalmaqallı qanun layihəsini ölkə parlamentindən geri götürmək qərarına gəlib.