Gündəm / Siyasət / Dünya
07:26, 10 May 2023
0

Müdafiə Nazirləri qarşılıqlı əməkdaşlığa aid sənəd imzalayıblar

Müdafiə Nazirləri  qarşılıqlı  əməkdaşlığa  aid  sənəd  imzalayıblar


Portuqaliyanın müdafiə naziri Elena Karreyras Tiflisə ilk işgüzar səfəri zamanı Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalayıb.

Globalpress.az TASS- a istinadən xənər verir ki,bu barədə çərşənbə axşamı Gürcüstan müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Danışıqlar çərçivəsində müdafiə nazirləri Portuqaliya Respublikasının Milli Müdafiə Nazirliyi ilə Gürcüstanın Müdafiə Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair sənəd imzalayıblar”, - məlumatda deyilir.

Bildirilir ki, saziş imzalanmazdan əvvəl tərəflər Gürcüstan və Portuqaliya arasında birgə hərbi istehsal, təlimlərdə iştirak və kibertəhlükəsizliyin inkişafı sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Burçuladze və Karreyras Gürcüstan və Portuqaliya hərbçilərinin beynəlxalq təhlükəsizliyə verdiyi töhfənin vacibliyini vurğulayıblar.
Digər xəbərlər: