Gündəm / Siyasət / Dünya
Müdafiə nazirləri bəyannamə imzaladı
Dekabrın 21-də Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.
Globalpress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə hər üç ölkənin müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və üçtərəfli birgə təlimlərin keçirilməsinin vacibliyi, eləcə də regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.
Sonda kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Qeyd edək ki, Z.Həsənov dekabrın 20-də Türkiyəyə səfərə edib.
***
Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüşün yekun Bəyannaməsi imzalanıb.
Daha çox xəbər:

Hulusi Akar: “Ermənistandan konstruktiv addımlar gözləyirik"

Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü olub

Zakir Həsənov və Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izlədilər

Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb

Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı olub