Gündəm / Siyasət / Dünya
13:08, 24 May 2023
0

Böyük Britaniyanın silah ehtiyatı tükənir

Böyük Britaniyanın  silah  ehtiyatı tükənir


Böyük Britaniyanın silah ehtiyatları tükənir, bu səbəbdən Ukraynaya çoxlu sayda silah göndərə bilməyəcək.

Globalpress.az xəbər verir ki, bunu "Daily Mail"ə müsahibəsində britaniyalı strateji analitik Hovard Uildon deyib.

“Böyük Britaniyanın Ukraynaya təhvil vermək üçün çox az silahı var, çünki ordumuz kifayət qədər maliyyələşdirilmir”,- açıqlamada deyilir.

Uildon hesab edir ki, Kiyevə göndərilən "Storm Shadow" raketlərinin istifadə müddəti bitib. O, Böyük Britaniyanın Ukrayna prezidenti Volodimir Zelenskiyə döyüş təyyarələri təklif edə bilməyəcəyini söyləyib.

"Böyük Britaniya hökuməti sürətli reaksiya və hərəkətinə görə təqdir edilib, lakin kədərli fakt ondan ibarətdir ki, qeyri-müəyyən sayda, ehtimal ki, vaxtı keçmiş "Storm Shadow" raketlərini təqdim etdikdən sonra, Böyük Britaniyanın təmin edə biləcəyi çox az şey var",- ekspert qeyd edib.
Digər xəbərlər: