Gündəm / Siyasət / Dünya
19:31, 18 May 2023
0

Böyük Britaniya Ukraynaya silah tədarükünü artırıb

[center]Böyük Britaniya  Ukraynaya silah tədarükünü  artırıb[/center

Londonun əvvəllər Kiyevə təhvil verəcəyinə söz verdiyi 300-dən çox zirehli texnika Ukraynaya çatdırılıb.

Globalpress.az xəbər verir ki, bu barədə Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippinin parlament sorğusuna verdiyi yazılı cavabda deyilir.

Qeyd edək ki, Rusiya Federasiyasının Ukraynaya hücumlarına başladıqdan sonra Londonun Kiyevə verdiyi hərbi yardımın ümumi məbləği 4,6 milyard funt-sterlinqə (indiki məzənnə ilə 5,8 milyard dollar) çatır. Bu göstəriciyə görə Böyük Britaniya Ukraynanın bütün müttəfiqləri arasında (ABŞ-dan sonra) ikinci yerdədir. Londonun Ukrayna Silahlı Qüvvələrinə təhvil verdiyi hərbi texnikalar arasında: 250-300 km mənzilli “Storm Shadow” havadan buraxılan raketlər, M270 reaktiv reaktiv raket sistemləri və “Brimstone” dəqiq idarə olunan raketləri, 14 ədəd “Challenger 2” əsas döyüş tankı da var.
Digər xəbərlər: