Gündəm / Siyasət / Hadisə
20:47, 05 Ağustos 2022
0

Britaniyanın Azərbaycandakı səfirliyi Londondakı insidenti qınadı

Britaniyanın Azərbaycandakı səfirliyi Londondakı insidenti qınadı


Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyən açıqlama yayıb.

Globalpress.az xəbər verir ki, açıqlamada qeyd olunub:


"Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır. Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 8 nəfər həbs edilib. Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan Səfirliyi ilə əlaqə saxlayır".
Digər xəbərlər: