Gündəm / Siyasət / Dünya
Ermənistan KTMT- dən çıxır?

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq imkanlarını müzakirə edib, lakin indi İrəvanın gündəliyində belə bir məsələ yoxdur.
Globalpress.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərə bildirib.
O, bu ehtimalın 2022-ci ilin sentyabrında Azərbaycanla şərti sərhəddə baş verən toqquşmalardan sonra Təhlükəsizlik Şurasının iclasında qaldırıldığını deyib.
“Amma bu addımı atmamaq və İrəvanda keçiriləcək sammit ərəfəsində blokla işi davam etdirmək qərara alınıb”, - Mnatsakan Safaryan qeyd edib.
O, yaxın vaxtlarda KTMT-nin Cənubi Qafqazdakı vəziyyətlə bağlı verdiyi bəyanatın müzakirə olunacağını vurğulayıb
Daha çox xəbər:

KTMT-yə üzv ölkələrin liderləri noyabrın 23-də İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcəklər.

KTMT Azərbaycan-Ermənistan sərhədində hərbi qüvvə yerləşdirməyəcək

KTMT-nin sərhədə sülhməramlılar göndərməsinə bu 3 ölkə veto qoyub

KTMT qüvvələri “DXR” və “LXR”ə göndərilə bilər?

Fransa nəşri KTMT-nin Ermənistana hərbi yardım göndərməkdən imtina etməsindən yazdı