Gündəm / Siyasət / Cəmiyyət / Hadisə
Ermənistan mütəmadi olaraq Qarabağa silah ötürür"

“İrəvan mütəmadi olaraq Qarabağa silah ötürür”.
Globalpress.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.
“Ermənistan Azərbaycanın öz torpaqlarını 30 illik işğaldan azad etməsi faktını qəbul edə bilmir”, – o deyib.
Onun sözlərinə görə, İrəvan davamlı olaraq Qarabağa silah ötürür, gərginlik yaradır.
“Ermənistan Qarabağa silah aparır və bununla da gərginlik yaradır. Azərbaycan buna qarşı addımlar atır. Biz hər zaman Azərbaycanın yanındayıq. Azərbaycan və Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq istəyir. Biz Azərbaycanla məsləhətləşmələr apararaq Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımlar atmışıq”, – deyə Çavuşoğlu bildirib.
Daha çox xəbər: