Gündəm / Siyasət / Dünya
ABŞ qarşıdurma istəmir

Rusiya NATO və ya ABŞ ilə müharibə istəmir. Eyni zamanda, Vaşinqton da Moskva ilə hərbi qarşıdurmaya can atmır.
Globalpress.az- ın məlumatına görə, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli "Foreign Affairs" jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, hər kəs eskalasiyanın qarşısını almaqda maraqlıdır:
“Ukrayna da bu miqyasda qarşıdurma üçün sınaq meydançasına çevrilməkdə maraqlı deyil”, - Milli deyib.
O əlavə edib ki, ABŞ hər gün Moskva və ya Vaşinqtonun hər addımından sonra Ukraynadakı münaqişənin gərginləşməsi ehtimalını qiymətləndirir