Gündəm / Siyasət / Dünya
Gürcüstan bu qərarı ABŞ- la razılaşdırıb

Gürcüstan ABŞ-ın Avropada təşkil etdiyi “Defender 2023” çoxmillətli təlimlərində iştirak etməyəcəyini bildirib.
Globalpress.az- ın məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, qərar Amerika tərəfi ilə razılaşdırılıb. Gürcüstan Müdafiə Nazirliyi 2023-cü ildə NATO ölkələri ilə birlikdə Türkiyə, Almaniya, Slovakiya və Niderlanda keçirilən dörd beynəlxalq təlimdə iştirak etdiyini qeyd edib.
İlin sonuna kimi ölkə Türkiyə, Estoniya, Polşa, Bolqarıstan, Rumıniya, Böyük Britaniya, Almaniya, Azərbaycan və İtaliyada keçiriləcək təlimlərdə də iştirak etməyi planlaşdırır.
Daha çox xəbər:

Ermənistan növbəti dəfə gülünc vəziyyətə düşdü -

Ukrayna və Gürcüstan hələ gözləməlidir

Ukrayna, Gürcüstan və Moldova “Şərq tərəfdaşlığı”nı yeniləməyə çağırıb

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Üçtərəfli Komitə yaradılır - FƏRMAN

Türkiyə-Gürcüstan sərhədində yük maşınlarının 10 km-lik növbəsi yaranıb