Gündəm / Siyasət / Dünya
Ukrayna və Gürcüstan hələ gözləməlidir

Ukraynanın NATO-ya üzvlük perspektivlərinin yaxın müddətdə konkret olacağı gözlənilmir.
Globalpress.az xəbər verir ki, ABŞ və Almaniya rəsmiləri son qapalı görüşlərdən birində 2008-ci il NATO bəyannaməsindən kənara çıxmaq istəmədiklərini açıq şəkildə bildiriblər.
Bu bəyannamədə dövlət və hökumət başçıları razılaşıblar ki, Ukrayna və Gürcüstan alyansa üzv olmalıdır, lakin konkret qrafik və yol xəritəsi verilməməlidir.