Gündəm / Siyasət / Dünya
Üçtərəfli sənədlər tamamilə alternativsizdir: Peskov

ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşünü şərh edən RF prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib: “Əlbəttə, bu bazada nizamlanmaya kömək edə biləcək istənilən kömək alqışa layiqdir. Amma biz onu da bilirik ki, nizamlanmanın əsasını pozan müxtəlif cəhdlər də olur, bu, gələcəkdə nəticə verməyə bilər. Ümid edək ki, bu halda söhbət birinci haldan gedir”.
Globalpress.az xəbər verir ki, TASS-ın məlumatına görə, Peskov qeyd edib ki, Ermənistan və Azərbaycan içində vəziyyətin nizamlanmasına yalnız RF ilə üçtərəfli razılaşmalar əsasında kömək xoş qarşılana bilər, onların alternativi yoxdur.
“İki ölkə içinde mövcud olan problemlərin həlli və regionda gərginliyin azalmasına yönəlmiş hansısa birgə tədbirlərin və addımların işlənib hazırlanması Rusiya ilə birlikdə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya şərait yarada biləcək hər hansı başqa hüquqi əsas yoxdur. Müvafiq olaraq, indiyədək bu üçtərəfli sənədlər tamamilə alternativsizdir”, deyə Kremlin nümayəndəsi bildirib.
Daha çox xəbər:

Üçtərəfli sənədlər tamamilə alternativsizdir: Peskov

Kremldən Azərbaycan və Ermənistan XİN başçılarının Blinkenlə görüşünə MÜNASİBƏT

Gərginliyin azaldilmasi üçün istənilən addımı alqışlamağa hazırıq

“Liderlərin görüşü ola bilər“ - Peskov “Liderlərin görüşü ola bilər“ - Peskov

Görüşdə Braziliya Prezidenti Rusiyaya " minimum şərtlər" təqdim etməyi çağırıb