Gündəm / Siyasət
17:47, 02 May 2023
0

Kremldən Azərbaycan və Ermənistan XİN başçılarının Blinkenlə görüşünə MÜNASİBƏT

Kremldən Azərbaycan və Ermənistan XİN başçılarının Blinkenlə görüşünə MÜNASİBƏT


Peskov Bayramov və Mirzoyanın Blinkenlə görüşləri haqqında fikir bildirib.

Globalpress.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ABŞ dövlət katibi Entoni Blinkenlə görüşlərini şərh edib.


“Ermənistan və Azərbaycanla mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə addımların mümkün inkişafı, ilk növbədə, təbii ki, Rusiya ilə birgə imzalanmış həmin üçtərəfli sənədlər əsasında mümkündür.

Hələlik nizamlanmaya kömək edəcək başqa hüquqi əsaslar yoxdur, buna görə də bu üçtərəfli sənədlər tamamilə mübahisəsizdir.

Bu bazanın həllinə kömək edə biləcək hər hansı kömək xoş qarşılanır. Amma biz onu da bilirik ki, nizamlanmanın əsasını aşındıran müxtəlif cəhdlər edilir. Bu da uzunmüddətli perspektivdə nəticə verməyə bilər. Ümid edək ki, bu halda söhbət birincidən, yəni köməkdən gedir”, – deyə Peskov bildirib.
Digər xəbərlər: