Gündəm / Siyasət / Dünya
13:00, 24 Mart 2023
0

Paris dağılır, yoxsa Dərviş Parisi partladır?

Paris  dağılır, yoxsa Dərviş  Parisi  partladır?


Fransada 1 milyondan çox fransız pensiya yaşının mərhələli şəkildə 64-ə qaldırılmasını nəzərdə tutan islahata qarşı çıxmaq üçün küçələrə çıxıb.

Həmkarlar ittifaqlarının pensiya yaşının 2 il artırmaqla 64-ə qaldırılmasını nəzərdə tutan islahat əleyhinə çağırışı ilə Fransada nümayişlər keçirilib.

Fransanın Dijon, Renn və Rouen şəhərlərində polislə nümayişçilər arasında gərginlik yaranıb.

Globalpress.az xəbər verir ki, Paytaxt Parisdə polisin təsdiqlədiyi etiraz aksiyasında polislə nümayişçilər arasında qarşıdurma yaranıb.

Nümayişçilərdən bəziləri Paris küçələrindəki zibil və zibil qutularını yandırıb, avtobus dayanacaqlarını dağıdıb. Şəhərdə icazəsiz nümayişlər davam edir.

Birgə bəyanatda ölkənin aparıcı həmkarlar və tələbə həmkarlar ittifaqları islahat əleyhinə həftə sonu və çərşənbə axşamı, martın 28-də nümayişlərə və çərşənbə axşamı tətilə çağırıblar.

Fransanın daxili işlər naziri Gerald Darmanin yerli mətbuata verdiyi açıqlamada nümayişlər zamanı azı 172 nəfərin saxlanıldığını, 149 polis və jandarmanın isə yaralandığını bildirib.

Darmanin ölkə üzrə 140 yanğının söndürüldüyünü, Parisdə isə 50 yanğının hələ də davam etdiyini qeyd edib.

Təşkilatçıların məlumatına görə, Fransada nümayişlərdə 3,5 milyon, Daxili İşlər Nazirliyinin məlumatına görə isə 1 milyon 89 min nəfər iştirak edib.

İslahat əleyhdarları Bordo şəhərində bələdiyyə binasının darvazasını yandırıblar.

Baş nazir Elisabeth Borne Twitter hesabından verdiyi açıqlamada nümayişlərdə baş verən zorakılıq və dağıntıların "qəbuledilməz" olduğunu bildirib.
Digər xəbərlər: