Gündəm / Cəmiyyət
18:18, 19 Nisan 2023
0

Hər şey Türkiyədən asılıdır

Hər şey  Türkiyədən asılıdır


İsveçin Baş naziri Kristersson, İsveçin NATO üzvlüyü ilə bağlı verdiyi açıqlamada, qərarın Türkiyədən asılı olduğunu ifadə edib.

Globalpress.az xəbər verir ki, İsveçin baş naziri Ulf Kristersson ölkə olaraq çox təhlükəli vəziyyətdə olduqlarını və İsveçin NATO-ya üzvlüyünün Türkiyənin qərarından asılı olduğunu bildirib.

İsveçin NATO üzvlüyü prosesi ilə bağlı Aftonbladet qəzetinə açıqlama verən Kristersson Finlandiyanın NATO üzvlüyünün təsdiqlənməsinə sevindiyini bildirib.

Kristersson, "NATO-da olmadığımız üçün kədərimizi də dilə gətirdim. Hazırda ölkə olaraq çox təhlükəli bir vəziyyətdə yaşayırıq, bunu anlamaq vaxtıdır. İndi bu, tamamilə Türkiyəyə bağlıdır və mən Türkiyənin iradəsinə böyük hörmətlə yanaşıram”.

Türkiyənin İsveçin NATO üzvlüyünü bəyənməməsini sualımıza bir hərəkət kimi görmədiklərini ifadə edən Kristersson, “Çünki 1 iyunda qüvvəyə minəcək terror qanunu var, o zaman Türkiyəyə verdiyimiz sözləri yerinə yetirmiş olacağıq” dedi
Digər xəbərlər: