Gündəm / Siyasət / Dünya
17:44, 25 Mart 2023
0

Baş nazir: Finlandiya Isveçdən əvvəl NATO- ya daxil olacaq

Baş nazir:  Finlandiya  Isveçdən  əvvəl  NATO- ya daxil olacaq


İsveçin Baş naziri Ulf Kristersson Finlandiyanın NATO-ya tezliklə üzv olacağına əmin olduğunu bildirib.

Globalpress.az xəbər verir ki, bu barədə Baş nazir Kristersson Karlstadda konfransda çıxışı zamanı deyib.

"İndi hər şey onu deməyə əsas verir ki, Finlandiya İsveçdən əvvəl NATO-ya daxil olacaq. Yəqin ki, bu sadəcə günlərə bağlıdır, buna heç bir şübhə yoxdur".

O, Finlandiyanın üzv olması ilə İsveçin daha təhlükəsiz olacağını əlavə edib: "Sadəcə xəritəyə baxın, bizi NATO ölkələri əhatə edir".

Macarıstanın və Türkiyənin birbaşa olaraq adını çəkməsə də İsveç Baş naziri çıxışında 30 NATO üzvündən 28-nin həm Finlandiya, həm də İsveçin alyansa üzvlüklə bağlı müraciətlərini təsdiqlədiyini xatırladıb.
Digər xəbərlər: