Gündəm / Siyasət / Dünya
20:06, 14 Mart 2023
0

Finlandiya və Isveç müxtəlif vaxtlarda NATO- ya qəbul oluna bilərlər

[center]Finlandiya və  Isveç  müxtəlif  vaxtlarda  NATO- ya qəbul oluna bilərlər[/center

Finlandiya və İsveçin müxtəlif vaxtlarda NATO-ya üzv olması ehtimalı güclənib.

Globalpress.az- ın məlumatına görə, bu barədə İsveçin Baş naziri Ulf Kristersson bu gün keçirdiyi mətbuat konfransında deyib.


"Finlandiya və İsveçin müxtəlif mərhələlərdə NATO-ya daxil olması istisna deyil. Bunun müxtəlif templərlə baş verməsi ehtimalı artıb. Biz bunun baş verməsinə hazırıq", - Kritersson deyib.

Ulf Kristersson bildirib ki, Finlandiya İsveçdən əvvəl NATO-ya üzv olarsa, bu İsveçin təhlükəsizliyi üçün də yaxşıdır. NATO-ya üzvlük prosesində İsveçin baş müzakirəçisi olan Oskar Stenström brifinqdə deyib ki, ratifikasiya milli bir qərardır və hələ də İsveçin müəyyən addımlar atmalı olduğunu düşünən Türkiyədir. Ulf Kristersson İsveçin NATO-ya üzv qəbul olunmağa necə hazır olduğu barədə suala isə belə cavab verib: "Biz o mənada hazırıq ki, Türkiyə və Finlandiya ilə əldə etdiyimiz razılaşmaları yerinə yetiririk. İkincisi isə, İsveçin NATO-ya üzv olmasını istəməyən ölkələr var və biz bu ölkələrin İsveçə qeyri-qanuni təsir göstərmək cəhdinə qarşı çox, çox diqqətli olacağıq", - cavab verib.

Baş nazir İsveçin NATO üzvü kimi nə vaxt təsdiqlənəcəyi ilə bağlı dəqiq vaxt deməyib.
Digər xəbərlər: