Gündəm / Siyasət / Dünya
06:45, 12 Nisan 2023
0

Ukrayna müdafiə xərclərini artırır

Ukrayna  müdafiə  xərclərini  artırır


Ukrayna Prezidenti Volodimir Zelenski Ali Rada tərəfindən qəbul edilən və ölkə büdcəsində müdafiə xərclərinin 14,5 milyard dollar artırılmasını nəzərdə tutan sənədi imzalayıb.

Globalpress.az- ın məlumatına görə , bu barədə məlumatı Ukrayna siyasi xadimi “Qolos” partiyasından olan xalq deputatı Yaroslav Jeleznyak yayıb.

“2023-cü ilin büdcəsində rekord artıma Prezident Zelenski imza atıb”, – deyə Jeleznyak teleqram kanalında yazıb və bu qərarın rəsmi olaraq aprelin 13-də qüvvəyə minəcəyini bildirib.

Bu vəsaitin təxminən 10 milyard dolları Müdafiə Nazirliyinin ehtiyaclarına yönəldiləcək, daha 2,6 milyard dolların isə Ukrayna Daxili İşlər Nazirliyinin sisteminin fəaliyyətinə xərclənməsi planlaşdırılır, qalan vəsait isə Ukrayna kəşfiyyatı və Ukrayna Təhlükəsizlik Xidmətinə veriləcək.
Digər xəbərlər: