Gündəm / Siyasət / Dünya
AYİB Ukrayna üçün 3 milyard ayırır
Avropa Yenidənqurma və İnkişaf Bankı 2022-2023-cü illər ərzində Ukrayna biznesinə və iqtisadiyyatının fəaliyyətini davam etdirməsinə kömək etmək üçün 3 milyard avroya qədər vəsait ayıracaq.
Globalpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, AYİB prezidenti Odil Renaud-Basso Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə razılığa gəlib.
"Fevral ayında işğal başlayandan bəri AYİB 1 milyard avrodan çox vəsait ayırıb və 2023-cü ilin sonuna qədər bu rəqəmi üç dəfə artırmaq niyyətindədir. Onun əsas diqqəti enerji və ərzaq təhlükəsizliyinin dəstəklənməsinə, dəmir yolunun, infrastrukturun və əczaçılıq sənayesinin yenidən qurulmasına yönəldiləcək. ”, - deyə məlumatda bildirilib.