Gündəm / Siyasət / Dünya
Nazirlərin görüşü müzakirə olunub

Lavrov:“Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün tarixi yaxın vaxtlarda müzakirə olunacaq”
“Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün yeni tarixi yaxın vaxtlarda müzakirə olunacaq”.
Globalpress.az xəbər verir ki, barədə Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov Ermənistandan olan həmkarı Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi məsələlərinə dair üçtərəfli görüşünün yeni tarixinə gəlincə, biz bu gün bu barədə danışdıq”, - deyə rusiyalı nazir bildirib.
“Erməni həmkarımız ötən gün baş nazir Nikol Paşinyanın keçirdiyi mətbuat konfransında ölkəsinin belə bir görüş keçirməyə hazır olduğunu təsdiqlədi. Düşünürəm ki, yaxın zamanda hər üç nazir üçün hansı tarixlərin əlverişli olduğunu nəzərdən keçirəcəyik”, - deyə Lavrov qeyd edib.
Daha çox xəbər:

Laçın dəhlizi müzakirə olundu

Regional təhlükəsizlik məsələlərinə diqqət olunacaq

XİN rəhbəri: Sülh müqaviləsini imzalamağa hazır idik!

Astanada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü başlayıb

Lavrov: “Bizə Ermənistanın Laçın yolu ilə mina daşımasına dair məlumatlar verilib”