Gündəm / Siyasət / Dünya
Laçın dəhlizi müzakirə olundu

“Biz Laçın dəhlizi ətrafındakı, ümumilikdə Qarabağ ətrafındakı vəziyyətin nizamlanması yollarını ətraflı müzakirə etdik”.
Globalpress.az- ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
"Üçtərəfli razılaşmaların bütün istiqamətlər üzrə danışıqlar prosesinin tezliklə bərpasının vacibliyini təsdiq etdik. Cənubi Qafqazda iqtisadi nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı görülən işlər nəzər alınaraq ümid edirik ki, üçtərəfli işçi qrupun həmsədrləri-baş nazirlərin müavinləri konkret razılığa gələ biləcəklər. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyətinin Rusiyanın məşvərətçi yardımı ilə aktivləşdirilməsinin tərəfdarıyıq. Rusiya tərəfindən İrəvanla Bakı arasında sülh sazişinin bağlanmasına yardım etməyə hazırlıq ifadə olunub”, deyə Rusiya XİN başçısı vurğulayıb.
Daha çox xəbər:

Regional təhlükəsizlik məsələlərinə diqqət olunacaq

Sülh sazişi Azərbaycanın təqdim etdiyi təkliflərə söykənir” - Lavrov

Nazirlərin görüşü müzakirə olunub

Astanada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü başlayıb

“Azərbaycan Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaş və müttəfiqimizdir” - Rusiya XİN