Gündəm / Siyasət / Dünya
15:21, 20 Mart 2023
0

Rusiya tərəfi kömək etməyə hazırdır

Rusiya  tərəfi  kömək  etməyə  hazırdır


"Biz Ermənistanla dostluq münasibətlərini yüksək qiymətləndiririk, iqtisadi və humanitar əlaqələri inkişaf etdirməyə hazırıq".

Globalpress.az- ın məlumatına görə, "Sputnik Armenia"ya xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla danışıqlar zamanı deyib.

"İki ölkə liderləri arasında Aİİ, KTMT və MDB vasitəsilə intensiv siyasi dialoq inkişaf edib. Ali Avrasiya İqtisadi Şurasının may iclası üçün sənədlər üzərində işləyəcəyik. Rusiya Ermənistanın aparıcı tərəfdaşı və sərmayədarıdır, ticarəti keçən il təxminən iki dəfə artaraq 5 milyard dollara çatıb və İrəvana rekord ÜDM artımına kömək edib. Həmçinin, Moskva vahid təhsil, elm, linqvistik məkanın, humanitar əlaqələrin möhkəmləndirilməsi üzərində işləməyə hazırdır. Qarabağla bağlı üçtərəfli bəyanatlar vəziyyəti sabitləşdirmək üçün həll yollarının həyata keçirilməsi üçün əsas olaraq qalır. Rusiya tərəfi regional kommunikasiyaların açılmasında, delimitasiyada və İrəvanla Bakı arasında sülh müqaviləsinin razılaşdırılmasında kömək etməyə hazırdır", - deyə o bildirib.
Digər xəbərlər: