Gündəm / Siyasət / Dünya
Zaxarova Paşinyanın açıqlamalarına münasibət bildirib

Zaxarova Paşinyanın açıqlamalarını “möcüzəvi” və “izaholunmaz” adlandırdı
“Ermənistan baş nazirinin açıqlamaları o qədər izaholunmazdır ki, onları şəhr etmək belə mümkünsüzdür”.
Globalpress.az xəbər verir ki, bunu ənənəvi brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova News.ru portalının müxbirinin sualını cavablandırarkən deyib.
Tədbir nazirliyin sosial şəbəkə səhifəsindən canlı olaraq yayımlanıb.
Jurnalist XİN rəsmisinə Paşinyanın Rusiyanı bölgədə təhlükəsizliyin təminatı ilə bağlı öhdəliklərini yerinə yetirə bilməməkdə ittiham etməsi və bu işdə kömək üçün BMT-nin Təhlükəsizlik Şurasına müraciət etməsilə bağlı təklifini xatırladıb.
Buna cavab olaraq Zaxarova baş nazirin təklifini “döngələrdə möcüzələr” adlandırıb və şərh etməkdən imtina edib.
Daha çox xəbər:

Zaxarova Paşinyanın KTMT-ni tənqid etməsinə cavab verdi

Rusiya Laçın yolunun açılmasının tərəfdarıdır

Zaxarovadan Paşinyanla bağlı açıqlama

Zaxarova Ərdoğanı tənqid edən Stoltenberqi "savadsız" adlandırdı

Axtarış "Sülhməramlılarımıza qarşı bu cür münasibət qəbuledilməzdir" - Rusiya XİN Paşinyana cavab verib