Gündəm / Siyasət / Dünya
19:56, 24 Ocak 2023
0

Zaxarova Ərdoğanı tənqid edən Stoltenberqi "savadsız" adlandırdı

Zaxarova Ərdoğanı tənqid edən Stoltenberqi "savadsız" adlandırdı


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Teleqram kanalında NATO-nun baş katibi Yens Stoltenberqin İsveçin alyansa qoşulmaq üçün müraciətini dəstəkləməkdən imtina edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid etməsinə münasibət bildirib.
O, Qərbin bu mövqeyini onunla izah edib ki, “savadsız adamlar Avropada idarəetməyə təyin olunur və bilmirlər ki, yüz milyonlarla insanın inancına hörmət seçim deyil, öhdəlikdir.

Globalpress.az məlumat verir ki, Zaxarova Stoltenberqin “düzgün olmayan hərəkətlər avtomatik olaraq qanunsuz sayılmamalıdır” sözlərinə diqqət çəkib.

“O, Quranı yandırmaq haqqında danışır. Cəsarətli iddiadır. Yadda saxlayaq”,- deyə o, bildirib.

Zaxarova qeyri-ənənəvi cinsiyyət məsələsinə də replika atıb: " Əgər Anglo-Sakson dünyasının nəzarətində olan ölkələr hamını mövcud olmayan “cinsləri” tanımağa məcbur edirsə, o zaman onlar sadəcə olaraq, yüz milyonlarla insanın zamanın sınağından keçmiş inancına hörmət etməyə borcludurlar”.
Digər xəbərlər: