Gündəm / Siyasət / Dünya
20:10, 29 Eylül 2022
0

Zaxarova Paşinyanın KTMT-ni tənqid etməsinə cavab verdi

[center][medium]https://globalpress.az/uploads/posts/2022-09/1664467689_
Zaxarova Paşinyanın KTMT-ni tənqid etməsinə cavab verdi

Ermənistanın müəyyən siyasi xadimləri tərəfindən KTMT-nin ünvanına səsləndirilən əsassız tənqidlər faydalı deyil və yoxlanılmış qarşılıqlı məqbul həll yollarının axtarışına töhfə vermir.



Globalpress.az ın məlumatına görə, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.



O bildirib ki, bu siyasətçilər harada olurlarsa-olsunlar, bu cür destruktiv bəyanatların heç bir faydası yoxdur.



Zaxarova, həmçinin qeyd edib ki, Moskva bir sıra qeyri-regional oyunçuların Cənubi Qafqaz regionuna qeyri-sabitlik gətirmək cəhdlərini görür və bu, uzun sürən böhrandan çıxmaq üçün hüquqi şans əldə edir.
Digər xəbərlər: