Gündəm / Siyasət / Cəmiyyət
Rusiya MN yenə də öz ampulasında

“Rusiya sülhməramlıları Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasını qeydə alıblar”.
Globalpress.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin fəaliyyəti haqqında martın 14-də yayılan bülletenində
“Martuni (Xocavənd- red.) rayonu ərazisində atəşkəs rejiminin pozulması baş verib. İtki yoxdur”, – məlumatda deyilir.
Nazirlikdən qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
Göründüyü kimi, Rusiya Müdafiə Nazirliyi yenə də “Dağlıq Qarabağ” və “Martuni” ifadələrindən istifadə edir.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə Rusiya tərəfinə etiraz edərək diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur. Eyni zamanda bildirilib ki, Azərbaycan ərazisində Martuni adında rayon yoxdur və həmin rayonun adı Xocavənddir. Bu səbəbdən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyini ölkəmizin suveren ərazilərinə Azərbaycan Respublikasında mövcud olmayan inzibati-ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırıb.
Daha çox xəbər:

Atəşkəs rejimi pozulub

Müdafiə Nazirliyindən Rusiyaya ETİRAZ: "Dağlıq Qarabağ” adlı ərazi vahidi YOXDUR"

MN: “Yaşayış məntəqələrimizin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunur”

MN: “Yaşayış məntəqələrimizin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunur”

Xocavənddə atəşkəs pozuldu