Gündəm / Cəmiyyət / Hadisə
06:07, 10 Nisan 2023
0

Atəşkəs rejimi pozulub

Atəşkəs rejimi pozulub


“Dağlıq Qarabağın Martuni rayonu (Xocavənd – red.) ərazisində atəşkəs rejiminin pozulması faktı qeydə alınıb”.

Globalpress.az- ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumatda deyilir.

“Zərərçəkən yoxdur. Rusiya sülhməramlı qoşunlarının komandanlığı bu faktla bağlı araşdırma aparır. Patrul xidməti üç marşrut üzrə aparılır”, – deyə məlumatda deyilir.

Məlumatda bildirilir ki, Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə daimi ünsiyyətdədirlər.
Digər xəbərlər: