Gündəm / Siyasət / Hadisə
Müdafiə Nazirliyindən Rusiyaya ETİRAZ: "Dağlıq Qarabağ” adlı ərazi vahidi YOXDUR"
Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir.
Globalpress.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur. Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilmişdir. Eyni zamanda iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunmuşdur.
Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunmuşdur.
Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyini ölkəmizin suveren ərazilərinə Azərbaycan Respublikasında mövcud olmayan inzibati-ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırır.
Daha çox xəbər:

İlham Əliyev: “Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”

Müdafiə Nazirliyi Rusiyaya “Dağlıq Qarabağ” ifadəsinə görə xəbərdarlıq edib

Rusiya Müdafiə Nazirliyi Qarabağla bağlı məlumat yaydı

Zakir Həsənov Rusiya tərəfinə başsağlığı verdi - VİDEO

Rusiya MN sülhməramlılarla bağlı məlumat yaydı