Gündəm / Siyasət / Dünya
22:54, 02 Mart 2023
0

Bu gün Rusiya və ABŞ rəsmiləri görüşüblər -

Bu gün Rusiya və ABŞ rəsmiləri görüşüblər -


Bu gün Rusiya və ABŞ rəsmiləri Cenevrədə görüşüblər.

Globalpress.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.

O bildirib ki, görüşdə bir çox məsələlərlə yanaşı təbii olaraq strateji silahların azaldılması barədə saziş ətrafında fikir mübadiləsi aparılıb: "Təbii ki, Amerika tərəfi Rusiyanın bu sazişdəki iştirakını dayandırmasından narahatdır. Bu məsələ ətrafında müzakirələrin davam etdirilməsinə razılaşdıq".

Rusiya XİN başçısının müavini belə görüşün Britaniya və Fransa nümayəndələri ilə nəzərdə tutulmadığını da deyib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisdəki çıxışında Rusiyanın ABŞ ilə qeyd edilən sazişdə iştirakını dayandrıacağını bəyan edib. Bundan bir gün sonra isə o, o bu sazişdən çıxmaları barədə fərman imzalayıb.
Digər xəbərlər: