Gündəm / Siyasət / Dünya
BMT-dən Rusiya və ABŞ-a ÇAĞIRIŞ

Rusiya və ABŞ Strateji Silahların Azaldılması Müqaviləsinin (START) tam icrasına qayıtmalıdırlar.
Globalpress.az- ın məlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
"Baş katibin mövqeyi həmişə aydındır: ABŞ və Rusiya təxirəsalınmadan START-ın tam icrasını bərpa etməlidirlər", - deyə o bildirib.
Təşkilat rəsmisi əlavə edib ki, BMT fəlakətli nəticələrin qarşısını almaq üçün Rusiya Federasiyası və ABŞ-ı silahlara nəzarət üzrə dialoqa qayıtmağa çağırır.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciəti zamanı Moskvanın Yeni START Müqaviləsində iştirakını dayandırdığını bəyan edib.
Bundan əlavə, o, nüvə silahının sınaqlarına hazırlığın təmin edilməsi barədə göstəriş verib