Gündəm / Siyasət / Dünya
Moldova MDB sazişlərindən ÇIXIR

Moldova MDB ilə sazişləri denonsasiya etməyə başlayıb.
Globalpress.az- ın məlumatına görə bu barədə Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Nikolay Popesku bildirib.
"Moldova bəyan edib ki, Avropa İttifaqına daxil olacaq, bütün xarici siyasət məqsədləri və beynəlxalq təşkilatlarda iştirak Avrointeqrasiya məqsədinə xidmət edəcək. Məqsədlərimizlə bir araya sığmayan MDB sazişlərindən çıxışın davam edəcəyi göz qabağındadır", - nazir deyib.
Popesku qeyd edib ki, Moldovanın müstəqillik illərində imzaladığı 330 müqavilənin bir çoxu ölkənin xeyrinə işləmir. Onun sözlərinə görə, ölkəsi bu həftə MDB sazişlərindən çıxacaq.
"Bu günlərdə biz Moldovanın onlarla sazişdən çıxması prosesinə başlayırıq. Biz bu siyahını tərtib edirik və dərc edəcəyik. Təkcə Daxili İşlər Nazirliyinin xətti ilə 20 sazişi denonsasiya edəcəyik", - nazir əlavə edib.
Daha çox xəbər:

Ukrayna, Gürcüstan və Moldova “Şərq tərəfdaşlığı”nı yeniləməyə çağırıb

Rusiya XİN ittihamlara cavab verdi

Moldovadan Moskvaya SƏRT CAVAB: “Növbəti Ukrayna” olmayacaq"

Moldova Baş nazirinin müavini: “Azərbaycan bizim strateji tərəfdaşımızdır”

Moldovada yeni hökumətə keçmiş daxili işlər naziri başçılıq edəcək