Gündəm / Siyasət / Dünya
Moldovadan Moskvaya SƏRT CAVAB: “Növbəti Ukrayna” olmayacaq"
Moldova Moskvaya sərt cavab verib.
Globalpress.az xəbər verir ki, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi (XİN) Sergey Lavrovun respublika ilə bağlı bəyanatını rədd edib.
“Biz Rusiya diplomatiyasının rəhbərinin reallığa uyğun gəlməyən və Rusiya diplomatiyasının onsuz da məlum hədələyici ritorikasının bir hissəsi olan bəyanatlarını qəti şəkildə rədd edirik.
Rusiya tərəfinə xatırlatmaq istərdik ki, Moldova Respublikası Avropa İttifaqına daxil olmaq yolunu seçib. Bu layihə ölkə vətəndaşları tərəfindən dəstəklənir”, – deyə idarənin rəsmi nümayəndəsi Daniel Voda bildirib
Xatırladaq ki, Sergey Lavrov bugünkü müsahibəsində Qərbin Moldovaya “yeni Ukrayna” rolunun mümkün hazırlığı barədə danışıb.
“Qərb indi Moldovaya “növbəti Ukrayna” kimi baxır, onun prezidenti demək olar ki, hər şeyə hazırdır”, – deyə Rusiya XİN başçısı bildirib.
Daha çox xəbər:

Azərbaycan XİN: “Kanadanın qərəzli bəyanatını qəti şəkildə rədd edirik” - FOTO

Rusiya və Ukrayna Antalyada görüşə razılaşdı – XİN başçıları görüşdə Çavuşoğlunun da iştirakını istədilər

Hava məkanı Lavrovun təyyarəsi üçün bağlanıb" - Zaxarov

Putin Qarabağla bağlı Rusiya XİN-ə taşırıq verdi

Çavuşoğlu Türkiyənin Rusiyadan Ukrayna taxılını alması iddialarına cavab verib