Gündəm / Hadisə / Sosial
18:36, 09 Şubat 2023
0

Zəlzələ Türkiyə və Suriyaya 4 milyard dollar ziyan vurub

Zəlzələ Türkiyə və Suriyaya 4 milyard dollar ziyan vurub


Beynəlxalq reytinq agentliyi Fitch Ratings Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələlərin vurduğu ziyanı ilkin olaraq 4 milyard dollar qiymətləndirib.
Globalpress.az xəbər verir ki, agentliyin açıqlamasında deyilir ki, dəymiş ziyanın məbləği
daha da arta bilər.

Bazar ertəsi səhər Türkiyənin cənub-şərqində 7,7 bal gücündə zəlzələ baş verib. Həmin gün 7,6 bal gücündə ikinci zəlzələ də olub. Türkiyədə son məlumatlara görə, ölənlərin sayı artıq 14 mini, yaralıların sayı isə 63 mini keçib. Suriyada 3500-dək adam ölüb, 2000-dən çox insan yaralanıb, lakin dağıntılar hələ də təmizlənir.
Digər xəbərlər: