Gündəm / Cəmiyyət / Sosial
Güzdəkdə qanunsuz tikilən obyekt sökülüb -

Fövqəladə Hallar Nazirliyinin (FHN)Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Globalpress.az- ın verdiyi xəbərə görə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində vətəndaş Səbzəliyev Araz Sifariz oğluna məxsus ərazidə müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.