Siyasət / Cəmiyyət / Sosial
Abşeronda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanunsuz tikintinin qarşısını alıb.
Bu barədə Globalpress. az FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Agentliyin mütəxəssisləri tərəfindən rayon ərazisində Binəqədi-Novxanı yolunun yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin həyata keçirilməsi faktı aşkar edilib.
Göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülən müvafiq tədbirlərlə Abşeron Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikilməkdə olan qanunsuz obyekt sökülüb.
Daha çox xəbər:

Abşeronda daha bir karxanada pozuntular aşkarlandı

Novxanı çimərliyində 11 yaşlı oğlan boğuldu

Prezident fövqəladə vəziyyətlə bağlı FHN-ə hansı səlahiyyətləri verib? - DETALLAR

FHN: Çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

FHN: Çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub