Gündəm / Siyasət / Dünya
Dövlət Departamenti: ABŞ və Türkiyə NATO-nun əsas müttəfiqləridir

Türkiyə ilə ABŞ arasında NATO müttəfiqliyi və uzunmüddətli tərəfdaşlıq mövcuddur.
Globalpress.az -ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Departament bildirib ki, ABŞ fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin nəticələri ilə bağlı lazımi yardımı göstərməyə davam edəcək.
Bəyanatda deyilir: “ABŞ və Türkiyə böhran dövründə, regional təhlükəsizlik və rifah naminə birgə işləmək üzrə zəngin tarixə malikdir. 1952-ci ildən NATO-nun üzvü olan Türkiyə alyansın Əfqanıstan, İraq və Balkanlar da daxil olmaqla dünya üzrə missiyalarını dəstəkləyir”