Gündəm / Siyasət / Dünya
12:51, 31 Mart 2023
0

Türkiyə və Suruyaya dəstək layihəsi

Türkiyə  və Suruyaya  dəstək layihəsi


ABŞ Senatı zəlzələ fəlakəti ilə əlaqədar Türkiyə və Suriyaya dəstək layihəsini qəbul edib.


Globalpress.az -ın məlumatına görə, qətnamə layihəsində iki ölkənin yenidənqurma səylərinə dəstək tələb olunub.

Fevralın 16-da təqdim edilən qərar layihəsində zəlzələlərdə çoxlu sayda insanın həyatını itirdiyi, minlərlə insanın zərər çəkdiyi xatırladılıb.

Senatorlar ABŞ hökumətini iki ölkənin yenidənqurma səylərini dəstəkləməyə çağırıblar.

Hökumətə axtarış-xilasetmə və yanğınsöndürmə qrupları, struktur mühəndisləri, tibb personalı və təchizat və texniki ekspertlərdən dəstək verməyə dəvət edilib.

Demokrat Partiyasının təqdim etdiyi layihədə iki ölkə xalqına başsağlığı və həmrəylik mesajı verilib. 1939-cu ildən bəri ən güclü zəlzələlərin Türkiyədə baş verdiyi qeydə alınıb.

“NATO müttəfiqi Türkiyəyə başsağlığı veririk”, - bəyanatda deyilir.
Digər xəbərlər: