Gündəm / Hadisə / Dünya
20:01, 09 Şubat 2023
0

Türkiyəyə kömək edən ölkələr, Azərbaycan ilk pillədədir - SİYAHI - CƏDVƏL/FOTO

Türkiyəyə kömək edən ölkələr, Azərbaycan ilk pillədədir - SİYAHI - CƏDVƏL/FOTO


Türkiyədə baş verən dəhşətli zəlzələ dünyanı sərsıdıb. Türkiyənin 10 rayonunda qeydə alınan təbii facidən sonra dağılan binalar, xarabazarlığa çevrilən ərazilər və insan təlafatı. Bu hadisədən sonra bir çox ölkə yardıma tələsdi.

Globalpress.az xəbər verir ki, ilk olaraq qardaş ölkəyə Azərbaycan yardıma getdi. Avropa Birliyindən xilasedicilər Türkiyəyə səfərbər oldu.

Belə ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 34 sağlıq əməkdaşı olmaqla, 725 xilasedicisi Türkiyəyə göndərilib.

Bundan başqa, ABŞ və Avropa Birliyi də qardaş ölkəyə yardım edib.

Ukrayna 87 xilasedici, 18 maşın və 10 xüsusi təlim görən it göndərib. Tayvandan 44 nəfərlik xilasedici cəlb edilib. Qırğızıstandan 63, Qazaxıstandan 60, Polşa 76, Hindistan 301, Pakistan 52 nəfərlik qruplar göndərib.

Yardım edən digər ölkələrin siyahısını təqdim edirik:



Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Yunanıstan, Hollandiya, Polşa, Rumıniya, İtaliya, Macarıstan, Avstriya, Almaniya, Estoniya, İspaniya, Malta, Slovakiya, Portuqaliya, Monteneqro, İngiltərə, Qətər, Avstraliya, Fransa, Çexiya, Bolqarıstan, NATO, ABŞ, Şimali Kipr Türk Respublikası, Pakistan, Hindistan, Küveyt, BƏƏ, Liviya, Malaziya, Qambiya və Somali, Livan, Fələstin, Yunanısta, Ukrayna, Çin, İsrail, Rusiya və Albaniyadır.




Digər xəbərlər: