Gündəm / İqtisadiyyat / Dünya
Ərdoğan zəlzələdən əziyyət çəkən vətəndaşlara ödənəcək ilkin məbləği AÇIQLADI
“Bütün imkanlarımızı səfərbər etdik, dövlət bütün imkanları ilə AFAD başda olmaqla fəaliyyətləri bələdiyyələrlə birgə icra edir. Kahramanmaraş və digər 9 vilayətimizdə vətəndaşlarımız narahat olmasınlar, əsla küçələrdə qalmalarına icazə verməyəcəyik”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə baş vermiş dəhşətli zəlzələnin fəsadları barədə danışarkən deyib.
“Antalya, Alanya və Mersin kimi bölgələrdəki otellərlə danışıqlar apardıq. Vətəndaşlarımız istəsələr, onları bu bölgələrdəki otellərə yerləşdirməyə hazırıq. Yemək-içmək, bütün ehtiyacları bu otellərdə təmin olunacaq.
Təxribatçılara fürsət verməməyinizi istəyirəm. Bu gün birlik olma zamanıdır. Zərərin müəyyənləşdirilməsi ilə birlikdə ailələrə dəstəyimizi verəcəyik. Hər ailəmizə 10 min lirə çatdıracağıq”.
Daha çox xəbər:

Ərdoğan güclü zəlzələdən sonra ilk açıqlama verib

Ərdoğan: “Şuşa Bəyannaməsi gələcək əməkdaşlığımızın qarantıdır”

Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov

Ərdoğan: “Can Azərbaycanın zəfəri bütün türk dünyasını qürurlandırdı”

Ərdoğan: “Bizi Qarabağda məyus etməyə çalışanlar vardı, arsenalımızdakı silahlarla onları peşman etdik”