Gündəm / Siyasət / Dünya
Ərdoğan: “Bizi Qarabağda məyus etməyə çalışanlar vardı, arsenalımızdakı silahlarla onları peşman etdik”
"Suriyada bizi bataqlığa çəkmək istəyənlər, Qarabağda məyus etməyə çalışanlar vardı. Arsenalımızda olan silahlarla onları peşman etdik”.
Globalpress.az - ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki (TBMM) çıxışında deyib.
Dövlət başçısı vurğulayıb ki, azərbaycanlı uşaqlara Bayraktar adı verilir.
O bildirib ki, “Bayraktar-TB 2” Liviyadan Qarabağa qədər hər yerdə öz sözünü deyib: “Əlbəttə, işlərimiz davam edir. İndi də “Qızıl Elma” və milli döyüş təyyarələrimiz gəlir.
PUA-larımız terrorçuları məhv edir. Əlbəttə, uğurlarımızın davamı gələcək. Onu da deyim ki, "Baykar" müdafiə sənayesi şirkəti həyata keçirdiyi layihələrlə bağlı dövlətdən pul almır”.
Daha çox xəbər:

Ərdoğan Prezident seçkilərinin mayın 14-də keçiriləcəyilə bağlı mesaj verib

Putin “Bayraktar”ın istehsalında əməkdaşlıq etmək istəyib

Türkiyə bunu Qarabağda göstərdi - Ərdoğan

Türkiyə lideri: "Yeni antiterror əməliyyatına başlaya bilərik"

Ərdoğan: “Şuşa Bəyannaməsi gələcək əməkdaşlığımızın qarantıdır”