Gündəm / Siyasət / Dünya
20:09, 04 Şubat 2023
0

ABŞ Türkiyə banklarına Rusiya ilə əməkdaşlığa görə XƏBƏRDARLIQ ETDİ

ABŞ Türkiyə banklarına Rusiya ilə əməkdaşlığa görə XƏBƏRDARLIQ ETDİ


ABŞ maliyyə nazirinin müavini Brayan Nelson İstanbulda səfərdə olarkən Türkiyə banklarına Rusiya ilə ticarət əməkdaşlığının inkişafına görə sanksiyalar riski barədə xəbərdarlıq edib.

Globalpress.az xəbər verir ki, bu barədə müvafiq bəyanat ABŞ Maliyyə Nazirliyinin saytında dərc
İstanbulda çıxışı zamanı o qeyd edib ki, məhdudiyyətlər G7 bazarlarına çıxışın itirilməsinə səbəb ola bilər.

“Son bir ildə Rusiyaya ixracatda nəzərəçarpacaq artım Türkiyənin özəl sektorunu sanksiya risklərinə qarşı xüsusilə həssas edir”, – bəyanatda deyilir.

Nazir müavini daha əvvəl də eyni məlumatı BƏƏ-yə çatdırdığını bildirib.

Sanksiya risklərini azaltmaq üçün Nelson maliyyə institutlarını Rusiya hüquqi və fiziki şəxsləri ilə əməliyyatlarda, o cümlədən istismara həssas olan sektorlarda gücləndirilmiş yoxlama aparmağa çağırıb.

O bəyan edib ki, rusiyalı iş adamları Türkiyədə mülk almaqda və bizneslə məşğul olmaqda davam edirlər.

“Bloomberg”in məlumatına görə, ABŞ Türkiyə ilə danışıqlar zamanı Ankaradan Moskvaya mal tədarükünü dayandırmağı tələb edib.

Qeyd olunub ki, mart-oktyabr aylarında Türkiyə Rusiyaya 800 milyon dollar dəyərində mal, o cümlədən 300 milyon dollarlıq texnika və 80 milyon dollarlıq elektronika tədarük edib.
Digər xəbərlər: