Gündəm / Siyasət / Dünya
Kremldən Ərdoğanın sözlərinə REAKSİYA
“Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında münasibətlər xüsusi xarakter daşıyır, qarşılıqlı etimad və hörmətə əsaslanır”.
Globalpress.az- ın məlumatına görə , bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Türkiyə-Fransa münasibətlərinə münasibət bildirməyi mümkün hesab etmirik. Bilirsiniz ki, Prezident Putinlə Prezident Ərdoğan arasında xüsusi münasibət var. Bu münasibət qarşılıqlı etimada, qarşılıqlı hörmətə və götürdükləri öhdəliklərə sadiqliyə əsaslanır. Verilən söz və vədin icrası qarşılıqlı qiymətləndirilir”, - Peskov Kremlin Fransa Prezidenti Emmanuel Makronla bağlı Ərdoğanın mövqeyini dəstəkləyib-dəstəkləmədiyi sualına cavab verərkən bildirib.
Prezident Ərdoğan bundan əvvəl Makronun dövlət başçısı keyfiyyətlərinə malik olmadığını, Parisin beynəlxalq aləmdə nüfuzunu itirdiyini söyləyib. Türkiyə lideri qeyd edib ki, indiyədək Makronla çoxsaylı görüşlər keçirib, amma onun sözlərinə görə, fransalı həmkarı dürüst deyil.
Türkiyə liderinin sözləri dünya mediasında rezonans doğurub.