Gündəm / Siyasət / Dünya
20:12, 24 Ocak 2023
0

Stoltenberqdən Ərdoğanı qəzəbləndirən açıqlama – “Qanunsuz deyil”

Stoltenberqdən Ərdoğanı qəzəbləndirən açıqlama – “Qanunsuz deyil”


NATO-nun baş katibi Yens Stoltenberq İsveçin paytaxtı Stokholm şəhərində yerləşən Türkiyə səfirliyi yaxınlığındakı aksiyada Quranın yandırılmasını şərh edib.

Globalpress.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, o, Ərdoğanı İsveçin NATO-ya daxil olmasını "bloklamaq təhdidi"nə görə ittiham edib.

"İfadə azadlığı, fikir azadlığı alyansa daxil olan ölkələrdə qanunsuz deyil", - deyə baş katib söyləyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İsveçi məlum hadisəyə görə sərt tənqid etmişdi. "İsveç bizdən yaxşılıq gözləməsin", - deyə o bildirmişdi.
Digər xəbərlər: