Gündəm / Cəmiyyət / Hadisə
20:23, 05 Ocak 2023
0

Bakı metrosunda qatarda növbəti dəfə problem yaranıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "Nizami" stansiyasında vaqonlardan birinin qapısının bağlanmasında problem yaranıb.


"Təlimat qaydalarına uyğun baxış təyin edilib. Qatara əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüb. Qatar mənzili sərnişinsiz qət etdiyi üçün, iki qatar arasında olmaq şərtilə, intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb.
Hazırda problemin səbəbləri araşdırılır", - B. Məmmədov deyib.
Digər xəbərlər: