Gündəm / Cəmiyyət / Sosial
21:35, 06 Eylül 2022
0

Metroda nasazlıq - Sərnişinlər düşürüldü

Metroda nasazlıq - Sərnişinlər düşürüldü


Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda yaranan texniki nasazlıq səbəbilə sərnişinlər "Nizami" stansiyasında düşürülüb.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, qatar texniki baxış üçün depoya göndərilib. Əvəzinə ehtiyat qatar xəttə verilib.

Yubanma intervaldan əlavə 2 dəqiqə olub.
Digər xəbərlər: