Gündəm / İqtisadiyyat / Dünya
Britaniya Rusiyadan qaz alışını tam dayandırdı – XİN açıqlama yaydı
Britaniya Rusiyadan qaz alışını tam dayandırdı – XİN açıqlama yaydı
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi yanvarın 1-dən etibarən Böyük Britaniyanın Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını dayandırdığını bildiri.
Globalpress.az xəbər verir ki, bu barədə Nazirliyin rəsmi “Tvitter” saytında yayılan açıqlamada qeyd olunub.
London ötən il Rusiyadan 3,12 milyard kubmetr qaz idxal edib. Bu, Britaniyada sözügedən yanacaq növünün ümumi istehlakının 4% -ni təşkil edir.
Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra Böyük Britaniya Rusiya qazının idxalını kəskin şəkildə azaldıb. Bundan əvvəl Britaniya hakimiyyəti 2023-cü il yanvarın 1-dən etibarən Rusiyadan LNG idxalını tamamilə dayandıracaqlarını açıqlamışdı.
Böyük Britaniyada istehlak edilən qazın orta illik həcmi təxminən 75 milyard kubmetrdir.
Daha çox xəbər:

Litva Rusiyadan elektrik enerjisi idxalını dayandırdı

Britaniya XİN: Səfir yaxın günlərdə Tehrana qayıdaraq vəzifəsinə davam edəcək

Avropada qazın qiyməti kəskin BAHALAŞDI

Qazprom” Yunanıstana təbii qaz nəqlini dayandırıb

Avropa Rusiya qaz və neftindən asılı olduğunu açıq etiraf etdi - başqa alternativimiz yoxdur...